SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Masallı "ASAN həyat” kompleksində "Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib. 

BAKU.WS-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "ASAN xidmət”, "ASAN Könüllüləri” Təşkilatı, "BİR” Tələbə Könüllülərinin təşkilatçılığı və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Masallı rayonunda yaşayan aztəminatlı, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 52 uşağın "ASAN məktub” layihəsi vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş istək məktubları reallaşdırılıb, həmçinin Təhsil Nazirliyinin "BİR” Tələbə Könüllüləri tərəfindən onlara əlavə hədiyyələr təqdim olunub.

Eyni zamanda tədbir çərçivəsində uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verilib və ASAN Kino Klubda cizgi filmi nümayiş olunub. Təhsil Nazirliyi tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan sosial həssas təbəqədən olan uşaqların istək məktublarına cavab olaraq hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyatmaq, onlar üçün xoş və yaddaqalan gün təşkil etməkdir.
 
Şahin Həbibov
BAKU.WS