VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün axşam saaatlarında Bakı yollarında müəyyən qədər boşluq olacaq.

 

Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında şəhərdə müşahidə olunan tıxac axşam saatlarında olmayacaq.

"Səhər tədris ilinin ilk günü olduğu üçün valideynlər uşaqlarını maşınla aparırdılar. Bundan əlavə, 1 uşağı 5 maşının müşayətilə dərsə apardıqları üçün yollarda sıxlıq vardı. Lakin axşam saatlarında ancaq işdən çıxan vətəndaşlar olacaq. Bizim əməkdaşlar, yol polisilə birgə axşam saatlarında tıxac yaranmasın deyə lazımı tədbirlər də görəcək. Xəritəyə əsasən harada sıxlıq olarsa, həmin ərazidə işıqforlar yola uyğun olaraq idarə olunacaq. Əsasən 150 yol kəsişməsində işıqforlar bizim qurum tərəfindən idarə edilir”, - deyə Şəfa Mehmanqızı bildirib.


Qurum rəsmisi şəhərdə ən çox avtomobil müşahidə olunan ərazilərin ünvanlarını bildirib. Əsasən Rəşid Behbudov, Azneft meydanı, Zərifə Əliyeva küçəsi, Azadlıq prospektində tıxac olur.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə BAKU.WS-ə bildirib ki, ötən illərə nisbətən paytaxtdakı vəziyyət nisbətən yaxşılığa doğru gedir. Onun sözlərinə görə. Hazırda əsas problem sürücülərin avtomobillərini parklaması ilə bağlıdır.

"Düzünü desəm ötən illərə nisbətən vəziyyət yaxşıdır. Əvvəlki kimi yollarda dəhşətli tıxaclar olmur. Rayon qeydiyyatlı avtomobillərin, yük maşınlarının şəhərə buraxılmaması yollarda nisbətən boşluq yaradıb.  Lakin sürücülər avtomobillərini harada oldu saxladıqları üçün müəyyən ərazilərdə sıxlıq yaranıb. Bu gün təkcə Səbail rayonu ərasizində yol polislərinin keçirdiyi reyd zamanı 119 sürücü barəsində parklanmaya görə protokol tərtib olunub”, - deyə Vaqif Əsədov bildirib.

Ziya Səccad
BAKU.WS