VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün Sloveniyada Avropa Liqasının pley-off mərhələsində yerli "Maribor” komandası ilə cavab görüşünə çıxacaq "Qəbələ” klubunun oyunçuları oyundan əvvəl istirahət edə bilməyiblər.

Bir qrup şəxs oyundan əvvəlki gecə oyunçuların qaldığı otelin qarşısında səs-küy salıb.

Azarkeşlər partlayıcı maddələrdən istifadə ediblər, şüarlar qışqırıblar. Otelin nümayəndələri klubun üzvlərinə baş verənləri şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, Bakıda keçirilmiş ilk görüşdə "Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
 
BAKU.WS