SİZİN REKLAM BURADA!
055 213 76 73



İmişlidə düz 12 ildir ki, komada yatan Fəxri Əbdüləzimov vəfat edib.

Bu barədə BAKU.WS-ə Fəxrinin yaxınları məlumat verib. Məlumata əsasən, 1976-cı il təvəllüdlü həmin şəxs 2004-cü ildə gecə saatlarında idarə etdiyi "VAZ 2107" markalı avtomobillə qarşıdan gələn"Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Keçirdiyi ağır qəzadan sonra "VAZ 2107"-ni idarə edən şəxs koma vəziyyətinə düşüb. Uzun müddət İmişlidə yerləşən xəstəxanada reanlimasiya şöbəsinə yerləşdirilən F.Əbdüləzimov daha sonra evə aparılıb. 

Qəza zamanı 28 yaşı olan Fəxri ötən gün 40 yaşında dünyasını dəyişib.
 
BAKU.WS