SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə əsgərlərin şəhid olması ilə əlaqədar Azərbaycanda matəm elan oluna bilər.


BAKU.WS
-in məlumatına görə, bu barədə qardaş ölkənin kütləvi informasiyaları məlumat yayıblar.

Yayılan məlumatlara görə, Azərbaycanda bir günülk matəm olunacaq. Hətta bəzi Türkiyə media qurumları artıq matəm gününü də dəqiqləşdiriblər. Yazılanlara görə matəm sentyabrın ayının 10-da olacaq.

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əlinin BAKU.WS-ə verdiyi məlumata görə, bu barədə onda heç bir informasiya yoxdur. Onun sözlərinə görə, bu barədə heç bir rəsmi tapşırıq, yaxud sərəncam da verilməyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən də BAKU.WS-ə bildirdilər ki, bu barədə heç bir rəsmi məlumat yoxdur.

Ziya Səccad
BAKU.WS