SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikada 30 dəqiqə ərzində nəticə verən koronavirus testinin evdə tətbiq edilməsinə icazə verilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, test Kaliforniyada yerləşən Lucira Health şirkəti tərəfindən istehsal edilib. Testin resept əsasında veriləcəyi bildirilib.

Test üçün istifadəçinin burnundan nümunə götürüb portativ cihaz kimi hazırlanmış dəstə qoymaq lazımdır.

Test nəticəsi cihazın işıqlı hissəsində ekran şəklində göstərilir.

BAKU.WS
VİDEO