SİZİN REKLAM BURADA!
055 213 76 73


27 yaşlı Demi Nikola Danlop narkotik aludəçisi olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 2 ildən artıqdır narkotik istifadə edən gənc qızın uzun müalicədən sonra dəyişimi görənləri şok edib.

O, bu barədə “Facebook” hesabında paylaşım edib.

Şotlandiyada yaşayan Demi narkomaniya ilə mübarizə apardıqdan sonra inanılmaz sağalma müddətini izləyiciləri ilə bölüşüb:

“İki illik asılılıqdan sonra tamamilə qurtuldum. Özümü dəyərli hiss etmək çox zamanımı aldı. Buna hamınızın dəstəyi ilə çatdım. Bu görüntüləri də mənim kimi asılılıqdan xilas olmaq üçün çalışanlara dəstək olmaq məqsədilə çəkmişəm.

Mənim kimi qaranlıq günlərə son qoymaqda israrlı olun. Buna nail olacaqsınız. Bundan sonra 7 aylıq qızım və 7 yaşlı oğlumla zaman keçirəcəm”.

BAKU.WS
QALEREYA