VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov yol qəzasına düşüb.

BAKU.WS-in məlumatına görə, M.Həsənovun oğlu Rəhim Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 9-da atası Məhəmməd Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşüb.

M.Həsənov hazırda Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağırdır: “Atam süni tənəffüs aparatına qoşulub. Burada həkimlər əllərindən gələni etdilər. Amma vəziyyəti ağır olaraq qalır. Fikirləşirik ki, bəlkə, daha yaxşı şəraiti və texniki imkanları olan xəstəxanaya köçürülsə, atamı xilas etmək olar”.

Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünümüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib.

Daha sonra isə 019 saylı (ləğv edilib - red.) hərbi hissənin komandiri olub. M.Həsənov hazırda vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktorudur.

BAKU.WS
QALEREYA