SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə sürücünün xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza rayonun Vaqif prospektində qeydə alınıb.

Ağdam rayon sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisə zamanı sürücü Əli Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS
VİDEO