SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında yeddinci dəfə "Formula 1" yarışlarının qalib olub.

Trend-in məlumatına görə, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin edib.

Türkiyə Qran Prisində ikinci yeri "Racing Point" komandasının meksikalı pilotu Serxio Peres, üçüncü yeri isə "Ferrari" komandasının almaniyalı pilotu Sebastyan Fettel tutub.

Mövsümün bitməsinə 3 mərhələ qalmış L.Hemiltonun aktivində 307 xal, ikinci yerdə olan V.Bottasın aktivində 197 xal, üçüncü yerdə olan Maks Ferstappenin isə aktivində 170 xal var.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi 27-29 noyabr tarixlərində Bəhreyndə keçiriləcək.

BAKU.WS