SİZİN REKLAM BURADA!
055 213 76 73


“Demokratların namizədi Co Bayden 3 noyabr prezident seçkiləri saxtalaşdırıldığı üçün qalib gəlib”.

BAKU.WS xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bəyan edib.

O “Twitter” hesabında yazıb ki, Co Bayden “yalnız medianın gözündə qalib gəlib”.

Tramp hesab edir ki, ABŞ-dakı seçki məntəqələri nəticələri saxtalaşdırıb:

Seçki saxtalaşdırıldığı üçün (Bayden - Red) qazandı. Müşahidəçilər (Respublikaçılar - Red) səslərin sayılmasına buraxılmadı”.

BAKU.WS