SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistan işğal olunmuş ərazilərimizdən vətəndaşlarının çıxarılması üçün 25 noyabra qədər vaxt istəyib".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orada olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib:

“Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.

BAKU.WS