SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Stepantsminda-Lars magistral yolu yalnız yük maşınları üçün açıqdır.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Böhran İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, fövqəladə vəziyyətlə əlaqədardır.

“Ermənistan Xarici İşlər Nazirliyindən alınan məlumata görə, əcnəbilərin Gürcüstana girişinə qadağa qoyulması qərarı qüvvədə qalır.

Qadağa yük daşınmasına şamil edilmir”, - deyə qeyd olunur.

BAKU.WS