SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “TRT Haber” telekanalı Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunda törətdiyi dağıntılar barədə videoreportaj hazırlayıb.

Videoreportajda qeyd olunur ki, sentyabrda 27-də başlayan və 44 gün davam edən müharibədən ən çox zərər çəkən yaşayış məntəqəsi cəbhə xəttinin yaxınlığında yerləşən Tərtər şəhəri olub.

Həmçinin Ermənistan ordusunun hücumları nəticəsində Tərtərdə 143 evin tamamilə dağıdıldı, mindən çox evin və müxtəlif ticarət obyektinin zərər gördüyü qeyd olunur.

Videoda məlumat verilir ki, hazırda rayona dəyən ziyanın qiymətləndirməsi işləri davam etdirilir.

BAKU.WS
VİDEO