SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli fotoqraf Reza Deqati ermənilərin işğal etdikləri əraziləri dağıntıya məruz qoyduqlarını əks etdirən foto yayımlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, fotoqraf sosial media hesabından Ermənistanın işğal etdiyi ərazilərdə təbiətə zərər vurduqlarını izləyiciləri ilə paylaşıb.

“Təbiət günahsız bir qurbandır. Biz, insanlar, ətraf mühitə bağlıyıq. Təbiətlə birgə yaşamaq bizim həyatda qalmağımız üçün bir əsasdır. Bu ağaclar erməni işğalı nəticəsində kəsilib. Mən həmişə ətraf mühitin vəkili olacağam” - deyə, R. Deqati çəkdiyi fotonu təsvir edib.

BAKU.WS