SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkiyə Böyük Millət Məclisi İnsan Hüquqları Komissiyası Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərlə bağlı araşdırmalara başlayacaq".

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirləri Gəncədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyasının sədri Hakan Çavuşoğlu bildirib:

"Komissiya Gəncə şəhəri, eləcədə Bərdə və Tərtər rayonlarında mülki şəxslərin öldürülməsi bağlı faktları dünya ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı işlərə başlayacaq. Məqsəd Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətləri beynəlxalaq ictimaiyyətə çatdırmaq, ölkəmizin böyük şəhərlərində öldürülən günahsız insanların qətli ilə bağlı Ermənistan hakimiyyətini beynalxalq məhkəməyə cəlb etməkdir".

Bildirilib ki, tarixdə müharibə zamanı günahsız insanların öldürülməsi ilə bağlı faktlar olub və bu əməlləri edənlər cəzalandırılıb. Beynalxalq qanunların verdiyi imkanlardan istifadə edərək Azərbaycanın iri şəhərlərinə qarşı balistik raketlərin atılmasına göstəriş verən hər bir kəsin məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan və Türkiyə tərəfi bütün hüquqi imkanlarından istifadə edəcək.

Türkiyə Böyük Millət Məlisi İnsan Hüquqları Komissiyasının sədri və 15 nəfərdən ibarət nümayəndə heyyəti Gəncə şəhərində raket düşən ərazilərə baş çəkib, öldürülən günahsız insanların yaxınları ilə görüşüb. Komissiya Gəncə ilə yanaşı Tərtər, Bərdə şəhərlərində də araşdırma başlayacaq. Türkiyə Böyük Millət Məclisi İnsan Hüquqları Komissiyasının dünyada insan haqq və hüquqlarının pozulması faktlarını araşdırmaq səlahiyyəti var.

BAKU.WS
QALEREYA