055 213 76 73
Gürcüstanda son bir gündə 3 504 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekorddur.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilib ki, noyabrın 13-də 3 473, noyabrın 12-də 3 120 yoluxma hadisəsi təsbit edilib. Hər iki göstərici rekord idi.
Hazırda 3 361 xəstə müalicə altındadır.
Ümumilikdə, Gürcüstanda 76 658 nəfər virusa yoluxub. Onlardan 58 674 nəfəri sağalıb, 669 nəfəri ölüb.
BAKU.WS