SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarını mühafizəyə götürüb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi və su anbarı erməni işğalından azad edilib.

BAKU.WS