SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O, 15 noyabr Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqımızı təbrik edib və əlavə edib ki, hazırda Kəlbəcər rayonundan olan vətəndaşlarımız ölkənin müxtəlif şəhər və rayonlarında, əsasən, Gəncə şəhəri, Goranboy, Göygöl rayonları və Bakı şəhəri ərazisində, bundan əlavə ölkəmizin müxtəlif 46 şəhər və rayonlarında məskunlaşıblar.

F.Hüseynov qeyd edib ki, məcburi köçkün soydaşlarımızla bağlı müfəssəl elektron informasiya bazası yaradılıb və dinamika da inkişaf etməkdədir. Eləcə də, burada hər bir rayon, kənd və qəsəbə üzrə müfəssəl məlumatlar mövcuddur.

BAKU.WS