SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Oxu.Az-ın Daxili işlər nazirliyindən əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bu idarənin rəisi, polis general-mayoru Emin Şəkinski 21 oktyabr 2020-ci il tarixində vəfat edib.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

BAKU.WS