VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Göyçay rayonunda karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən, eləcə də ictimai iaşə, ticarət obyektlərində və digər ictimai yerlərdə riayət olunmasına nəzarət məqsədilə reydlər davam edir.

BAKU.WS xəbər verir ki, rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar respublikamızda koronavirus pandemiyasına yoluxanların sayının artması Göyçay rayonunda da ciddi narahatlıq doğurur. Buna görə də karantin rejimi qaydalarının gözlənilməsinə nəzarət mexanizmi gücləndirilib. Təkcə son 3 gün ərzində polis işçiləri tərəfindən küçə və parklarda, ictimai iaşə və ticarət obyektlərində, banklarda, bankomatların qarşısında 217 nöqsan aşkar edilərək ayrı-ayrı şəxslərə xəbərdarlıq olunub, 5 nəfər barəsində protokol tərtib edilib və hər biri 100 manat cərimələnib.

BAKU.WS