SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan nefti ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, Oxu.Az-ın qlobal “Oil Price” portalından əldə etdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 1,28 faiz aşağı düşüb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,88 ABŞ dollarını təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKU.WS