VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevdən Dağlıq Qarabağdakı əhaliyə əlavə yardım göstərilməsi imkanları barədə məruzə etməsini istəyib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yevgeni Nikolayeviç, əgər mülki əhaliyə əlavə yardım lazımdırsa, dərhal reaksiya vermək üçün nazirliyin hansı imkanları var?”, - deyə V.Putin bildirib.

Y.Ziniçev isə öz növbəsində bildirib ki, qərarın qəbul edilməsindən səkkiz saat sonra oraya xüsusi qrupun göndərilməsini təşkil etməyə hazırdır.

“Rusiya FHN Qarabağa yerli əhaliyə tibbi yardım üçün aeromobil hospital və personal göndərməyə hazırdır”, - deyə Y.Ziniçev qeyd edib.

BAKU.WS