SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, rəşadətli Azərbaycan ordusu keçirdiyi əks-həmlə əməliyyatı ilə bir sıra əraziləri işğaldan azad edib.

BAKU.WS xəbər verir ki, BAKU.TV uzun illər sonra düşmən tapdağından azad edilən Cəbrayılda çəkilmiş görüntüləri yayımlayıb.

Ermənistanın qanunsuz yerləşdirməsinin bariz nümunəsi olan kadrlardan aydın olur ki, buraya mülki sakinlər köçürülüb.

Lakin Azərbaycan ordusunun qalib gələcəyindən şübhə duymayan düşmən ölkənin vətəndaşları əməliyyatlar zamanı buranı tərk ediblər.

Görüntülərdən o da bəlli olur ki, onlar buraya geri dönə bilməyəcəklərindən əmin olublar. Elə ona görə də öz vəhşi, barbar xislətlərini ortaya qoyaraq hər şeyi dağıdıblar.

BAKU.WS
VİDEO