SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı!

Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom” da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada Azercell-in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hal-hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq Azercell-in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Azercell-in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.

Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. Azercell-in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

Azercell Azərbaycanda heç bir ərazini bağlantısız qoymayacaq!

Qarabağ Azərbaycandır!

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 99.2% (işğal altında olan ərazilər istisna olmaqla), ölkə əhalisi üzrə əhatə dairəsi 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib; GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

BAKU.WS