SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib:

“Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Xahiş edirəm, şəhidlərimizin xatirəsini bir dəqiqlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

S.Qafarova bildirib ki, Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gərdi:

"Hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq olsun İlham Əliyevə, eşq olsun müzəffər ordumuza, yaşasın Azərbaycan xalqı”.

BAKU.WS