VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtindəki türklərə məxsus “İstanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə Beverli Hills Polis Departamenti məlumat yayıb. 

Bildirilir ki, cinayətin törədilməsində əsas şübhəli bilinən şəxslərdən biri artıq həbs olunub. 

Hadisə ilə əlaqədar istintaqı Federal Təhqiqat Bürosu (FTB) və Los-Anceles Polis Departamenti birgə aparır. 

Qeyd edək ki, Beverli Hillsdəki türklərə məxsus restorana daxil olan bir qrup erməni orada əşyaları sındırmış, sahibkara ciddi ziyan vurmuşdu. Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr də işlətmişdilər.

BAKU.WS
VİDEO