VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi argentinalı Dieqo Maradona yenidən xəstəxanaya yerləşdirilib.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu dəfə səbəb ölkəsinin “Ximnasiya” klubunun baş məşqçisinin alkoqol aludəçisi olmasıdır.

Yenicə beyin əməliyyatı keçirən və bu gün evə buraxılan 60 yaşlı mütəxəssis dərhal sonra alkoqol aludəçiliyindən müalicə almaq üçün Buenos Ayresdə klinikaya aparılıb. Reabilitasiya mərkəzində yalnız yaxın dostlarının onu ziyarət etməsinə icazə verilir.

Qeyd edək ki, Maradona noyabrın 2-də xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

BAKU.WS