SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə qurur.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb. Bildirilib ki, aktrisa sevgilisi aktyor Gökhan Alkanı ailəsi ilə artıq tanış edib.

Cütlük münasibətlərini ciddiləşdirmək qərarına gəlib. Onlar ötən gün restoranların birində görüntülənib.

Nəsrinin ana və atası da yanlarında olub. Aktyor jurnalistlərin suallarına "Artıq sözə ehtiyac yoxdur" cavabını verib.

Cavadzadənin həmkarı Talat Bulut "Nəsrin ərə gedir, sizdən qaçır. Gerisini siz tapın" sözlərini deyib.

BAKU.WS