SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Rusiyadan Yerevana sülhməramlı hərbçiləri daşıyan daha səkkiz təyyarə gəlib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi-texniki təchizat ləvazimatı da gətirilib.

Məlumatda yüklərin boşaldılmasına başlandığı da qeyd olunur:

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil edilib”.

BAKU.WS