SİZİN REKLAM BURADA!
055 213 76 73


Saatlıda ər arvadını qətlə yetirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqlayaraq qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS