SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

"Yoluxma sayının azalması üçün mediada ictimai qınaq məsələsi təbliğ edilməli, insanlara aşılanmalıdır ki, maska taxmamağa görə sizə irad bildirənlərlə kobud davranmaq, təhqir etmək sadəcə mədəniyyətsizlikdir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/103146

Təhsil Nazirliyi əhaliyə müraciət edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/103151

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış sülh bəyannaməsi həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmizdir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103155

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA və UNESCO-nun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində müəyyənləşdirilib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103157

Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması Muxtar Respublikanın iqtisadi inkişafına hərtərəfli dəstək olacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103160

"Dostum İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı işğal altındakı torpaqların və bütün Qarabağın azad edilməsi münasibətilə təbrik edirəm".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103171

45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103173

"Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini, demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103177

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/103179

“Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103181

BAKU.WS