SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.

BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rüstəm Muradov görüşdə sülhməramlı missiyasının həyata keçirilməsi və təşkili məsələlərini müzakirə edib.

Xatırladaq ki, Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub. Rüstəm Muradov Rusiyanın peşəkar hərbçilərindəndir. Ona Rusiya Prezidenti tərəfindən general-leytenant hərbi rütbəsi verilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat sənədinə əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 1 960 hərbçi, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacaq. Gecə saatlarında göyərtəsində Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.

BAKU.WS