SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə 37 yaşlı kişi bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Təbriz küçəsində baş verib. Şəhər sakini, 1983 cü il təvəllüdlü Qasımov Mübariz Cümşüd oğlu naməlum şəraitdə baş verən mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS