SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da Pensilvaniya ştatının Filadelfiya şəhər polisi prezident seçkiləri üçün səslərin sayıldığı Konvensiya Mərkəzinin (Pennsylvania Convention Center) yaxınlığında yerləşən böyük ticarət mərkəzində minalanma təhlükəsi olduğunu xəbər verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, binada heç bir partlayıcı tapılmayıb.

Ticarət mərkəzinin binasından insanların təxliyyə olunduğu bildirilir.

Təxliyyə yerli “İnquirer” qəzetinin yaxınlıqdakı ofisində də aparılıb.

Polis binanın hamısını yoxlayıb, ancaq mina təhdidinin yalan olduğu üzə çıxıb.

BAKU.WS