VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 27-də növbəti erməni təxribatlarının törədilməsi nəticəsində aktiv hərbi əməliyyatlar başladı. Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Elə həmin gün düşmən artıq çox böyük bir səhv etdiyini anlamağa başladı və Ermənistanın siyasi-hərbi rəhbərliyi düşdükləri vəziyyətdən çıxa bilmək üçün əl-ayağa düşdü. Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif ölkələrin başçılarına ara vermədən telefon zəngləri etməsi də bunun göstəricisidir. Onun bu əməlləri sosial şəbəkələrdə də gülüş obyektinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputat deyib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayıb və həmin ərazilərdə talançılıq əməlləri ilə məşğul olub: "Təbii sərvətlər qanunsuz şəkildə mənimsənilib, Azərbaycanın tarixi abidələri məhv edilib. Ermənistan Azərbaycana qarşı çoxsaylı terror aktları törədib. Ötən müddət ərzində Ermənistanda elə bir təsəvvür formalaşıb ki, Azərbaycan 90-cı illərin Azərbaycanıdır, bunlar da əbədi olaraq öz talançılıq, işğalçılıq siyasətlərini davam etdirəcəklər.

Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Zamanla obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Düşmən də bu gücü praktik olaraq görür.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü deyir və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir. İşğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan Milli Ordumuz tərəfindən öz layiqli cavabını alır. Ermənistanın canlı qüvvə və silah-texnika cəhətdən ağır itki verməsi hər kəsə məlumdur.

Biz bunları Müdafiə Nazirliyinin hər gün yaydığı videogörüntülərdən də görürük. Nəinki biz, ermənilər özləri də, eyni zamanda, beynəlxalq ictimaiyyət də bunu görür. Azərbaycan beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünü bərpa edir. Eyni zamanda, Azərbaycan dünya ictimaiyyətinin əleyhinə olduğu terrorçuluğa qarşı antiterror əməliyyatları həyata keçirir".

Deputat qedyb edib ki, iqtisadçıların apardıqları hesablamalara əsasən hərbi əməliyyatlar başladığı gündən bu günə qədər Ermənistan 2,7 milyard dollardan çox itki verib, bundan əlavə onların minlərlə canlı qüvvəsi məhv edilib: "Bütün bunlar Ermənistanda hər bir sahədə vəziyyətin çox ağır olmasına gətirib çıxarıb. Cinayətkar Ermənistan hakimiyyəti bu ağır məğlubiyyətləri hər cəhdlə erməni ictimaiyyətindən gizlətməyə çalışır və baş verənləri pərdələyə bilmək üçün heç düşünmədən müharibə cinayətlərinə əl atır.

Qeyri-qanuni yollarla muzdlu terrorçuları Qarabağa döyüş bölgəsinə cəlb etmək, cinayət törədərək həbs olunmuş cinayətkar Ermənistan vətəndaşlarının döyüşmək müqabilində dustaqxanalardan azad edilməsi, ən əsası da cəbhədən 100 kilometr və daha uzaqda yerləşən Azərbaycan ərazilərinə qadağan edilmiş raketlər ataraq günahsız insanları öz evlərində qətlə yetirməsi Ermənistanın müharibə cinayətlərinə daxildir.

Azərbaycan xalqı zamanla Ermənistan tərəfindən soyqırımına məruz qalıb. Gəncə və Bərdədə erməni silahlı birləşmələrinin törətdikləri məlum qanlı cinayətlər məhz xalqımızın 1992-cı ildə Xocalıda üzləşmiş olduğu soyqırımının davamı kimi qiymətləndirilə bilər. Vicdansız düşmən döyüş meydanında Azərbaycan Ordusuna məğlub olduğu üçün hərbi cinayətlərə əl ataraq gecə öz evində yatan mülki insanlara güc göstərmək istəyir. Ancaq Ermənistan rəhbərliyi unudur ki, bu çoxsaylı cinayətlərə görə cavab verəcək.

Hesab edirəm ki, ermənilər tərəfindən qətlə yetirilən günahsız Azərbaycan vətəndaşlarının, döyüş meydanında şəhid olan hərbçilərimizin qisası alınır və onların qanı yerdə qalmır, qalmayacaq da. Çox yaxın zamanda isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndidə, bir sözlə, Qarabağın hər bir guşəsində dalğalandıracaq. Bütün dünya ölkələri, hətta bunu qəbul etmək istəməyən Ermənistan da bilir ki, Qarabağ Azərbaycandır!"

BAKU.WS