SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 2 383 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 29 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 85 034-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1 272 nəfər virusdan ölüb.

BAKU.WS