SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, dünən 16:40 radələrində işğalçı ölkənin silahlı qüvvələri Bərdənin Qarayusifli kəndini “Smerç” tipli raketlərdən atəşə tutub.

Nəticədə, biri azyaşlı Aysu İsgəndərova olmaqla, dörd nəfər həlak olub, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Aysu yeddi yaşında idi. Düşmənin xain hücumu baş verən vaxt dünyanın bütün qayğılarından, müharibənin, ölümün soyuq üzündən uzaqda, yelləncəkdə oynayırmış.

Atası dünən işdə olarkən evlərindən duman qalxdığını görüb. Körpə balasının ölə biləcəyinə ehtimal belə vermədən evlərinə gəlib. Çatanda isə qızını qan içində, parçalanmış halda tapıb.

Mənfur düşmənin qanlı əlləri cəbhə xəttindən çox uzaqda yerləşən Bərdənin Qarayusifli kəndinə uzanaraq, onun hələ ikinci sinifdə oxuyan sevimli qızını qoparıb bu həyatdan...

İndi o atanı heç nə ilə ovutmaq mümkün deyil. Heç bir ifadə bu kədəri daşımağa, ifadə etməyə qadir deyil...

Aysunun babasının daşıdığı qəm yükü də ağırdır. O, həm sevimli nəvəsini itirib, həm də körpəsinin vaxtsız ölümü ilə barışa bilməyən oğlunu ovutmalıdır...

Oxu.Az-ın Bərdəyə ezam olunmuş müxbiri hadisə yerində yaşananları qeydə alıb:

BAKU.WS
VİDEO