Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 2241 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 21 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 82651-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1243 nəfər virusdan ölüb.
BAKU.WS