SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Bu gün Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın “döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə “sıraya qayıdacaq”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101860

"Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə “Qarabağda xarici muzdlular var” deməklə kifayətlənirlər".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101857

Azərbaycanda bu gün koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101852

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101844

Prezident İlham Əliyev bildirib ki, biz torpaqlarımızı nəyin bahasına olsa, qaytaracağıq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101820

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101810

Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/101809

BAKU.WS