VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Prezidentə məktub yazan şəxslər eyni zamanda erməni terroru nəticəsində Gəncəyə atılan raketlər və bu hücum zamanı həlak olmuş və yaralanmış şəxslərlə bağlı dərin hüzn hisslərini və başsağlığı mesajlarını da ifadə ediblər.

Məktub yazan şəxslərin sırasında bütün yaş qrupundan olan şəxslərin, həmçinin gənclərin və yeniyetmələrin də olması xüsusi vurğulanmalıdır.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.

BAKU.WS