SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtomatlaşdırılmış təyinat sistemləri vasitəsilə bu ilin yanvar-sentyabr aylarında 11,08 min şəxsə elektron qaydada pensiya, 61 min şəxsə isə e-qaydada müavinət-təqaüd təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin (ümumən 21 sosial təminat növünün) elektron təyinat sistemi işə salınıb. Həmin e-sistemlər vasitəsilə ümumilikdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.   

Bu proaktiv xidmətlər vətəndaşlara hüquqları yaranan zaman onlara pensiya, müavinət, təqaüdün avtomatik olaraq təyin olunmasına imkan verib. Beləliklə, sosial ödənişlərin təyinatı zamanı vətəndaşların hansısa quruma müraciət edərək, sənəd təqdim etmələrinə ehtiyac qalmır, təyinatlar məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilir. 

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam edir.

BAKU.WS