SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçirilən reyd zamanı bir sərnişin avtobusu saxlanılıb və avtobus cərimə meydançasına aparılıb.

 

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızının BAKU.WS-ə verdiyi məlumata görə, avtobus "Elmlər Akademiyası” yaxınlığında dayanacaq olmayan yerdə saxladığı üçün cərimələnib.

"Sürücü cərimələnib və avtobus cərimə meydançasına aparılıb. Hətta sərnişinlər sürücünü müdafiə ediblər. Sərnişinlər şikayət ediblər ki, dayanacaqlar arasında məsafə uzaqdır”, - deyə Şəfa Mehmanqızı bildirib. 

Qurum rəsmisi deyir ki, dayanacaqlar arasında məsafənin uzaq olması ilə bağlı məsələ nazirlikdə müzakirə olunub. Hazırda həmin ərazilər qeydə alınacaq və bununla bağlı Bakı şəhər icra Hakimiyyətinə müraciət ediləcək ki, həmin ərazilərdə yeni dayanacaqlar quraşdırılsın.

Ziya Səccad
BAKU.WS