SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 7-nə rəsmi məzənnəsini açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, AMB sabah üçün məzənnəni 1,5193 AZN/USD səviyyəsində müəyyən edib.
 
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,5165 AZN/USD səviyyəsində olub.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

BAKU.WS