VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin təxribatına məruz qalan Beyləqanda təmir-bərpa işlərinə başlanılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ağır artilleriya və raketlərdən atəşə tutulan yaşayış məntəqələrimizdən biri olan Beyləqanda küçələr dağıntılardan təmizlənir.

Atəş nəticəsində ciddi maddi ziyan görən obyektlərdə yavaş-yavaş bərpa işlərinə başlanılır.

Sahibkarlar isə bütün bunlara baxmayaraq ruhdan düşmür, hər şeyin qaydasında olduğunu deyirlər.

Mağazasına top mərmisi düşən Beyləqan sakini deyir ki, təki qırılan şüşə olsun:

“İki şüşə, pəncərə qırılmaqla heç nə olmaz. Amma o Ermənistan, Paşinyan bilsin ki, Azərbaycan ordusu gəlir. Ordumuz irəlidədir, biz də ordumuzun arxasındayıq. Mağazadı dağılıb, düzələr. Təki qırılan bunlar olsun. Təki torpaqlarımız qayıtsın, hər şey yaxşı olacaq”.

BAKU.WS
VİDEO