SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qoç - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sakitliyinizi qoruyun.

Buğa - Şəxsi məqsədləriniz üçün müəyyən ünvanlara baş çəkməli olacaqsınız. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.
 
Əkizlər - O qədər də uğurlu gün deyil. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.
 
Xərçəng - Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Səhhətinizə fikir verin. 

Şir - Hava ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.
 
Qız - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. Məntiqlə hərəkət edin.

Tərəzi - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı sevdiyiniz insanlara həsr edin. 

Əqrəb - Kənardan kömək göstərən olmasa, hansısa cəhdiniz baştutmayacaq. Axşam qonaq getmək olar. 

Oxatan - Riskli gündür. Aldığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. 

Oğlaq - Xoş gündür. Lakin işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoymalısınız. 

Dolça - Maliyyə problemlərinə görə darıxmayın. Bu gün evlə bağlı maneələrin həllinə çalışmalısınız. 

Balıq - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi qəhərləndirməsin. Dözümlü olun.