SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni əhalinin böyük bir hissəsi Xankəndi şəhərini tərk edib.

BAKU.WS xəbər verir ki, bunu Ermənistan KİV-i açıq etiraf edib.

Məlumata görə, 30 mindən çox insan Ermənistan ərazisinə üz tutub. 

Bu rəqəm isə şəhərdəki əhalinin mütləq əksəriyyətidir. Xarici jurnalistlərin də şəhərdə apardığı çəkilişlərdə də şəhərin tamamilə boşaldığı əks olunub.

Mağazalar və kafe-restoranlar bağlanıb, həyati əhəmiyyətli obyetlər fəaliyyətini dayandırıb. 

Xankəndi ətrafında yerləşən hərbi birləşmələrin böyük əksəriyyəti isə Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb. 

BAKU.WS