VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Yusif Eyvazov sosial şəbəkə hesabında Qarabağla bağlı Azərbaycana öz dəstəyini bildirib.

BAKU.WS xəbər verir ki, dünyaca məşhur tenor Yusif Eyvazov Ermənistanın Azərbaycana təcavüzünə qarşı mübarizə aparan soydaşlarını dəstəkləyib. O “İnstagram” hesabında dəstəyini belə ifadə edib:

“Əziz həmvətənlərim! Əziz Azərbaycan xalqım! Artıq neçə gündür ki, Vətənimiz müharibə şəraitində yaşayır və əlbəttə ki, hamımız bunların bitəcəyini, ədalətin qalib gələcəyini və torpaqlarımızın geri qaytarılacağını gözləyirik! Ancaq bu paylaşım bununla əlaqəli deyil...

Bu paylaşım siz azərbaycanlılar, Azərbaycanda və onun hüdudlarında yaşayan Azərbaycan vətəndaşları haqqındadır...

Birliyinizə, mədəniyyətinizə, zehninizə heyran oldum, belə bir çətin zamanda hamımızın birləşərək, bir-birimizə dəstək olduğumuza, bir-birimizə hər zamankındən daha yaxın olduğumuza görə inanılmaz dərəcədə xoşbəxtəm...

Azərbaycanlı olduğunuza, hamımızın eyni qanı daşıdığımıza, cəsarətli və ədalətli olduğunuza, dürüst və səxavətli olduğunuza görə hamınıza bəslədiyim sonsuz minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm...

Hər şeyin yaxşı olacağını bilirəm və “Instagram” hesabımda mövqelərini ifadə edən bütün oğlanlarla görüşməyi, hər birinizi qucaqlamağı, böyük ölkənin böyük vətəndaşları, böyük Azərbaycan millətinin nümayəndələrinin gözlərinə baxmağı səbirsizliklə gözləyirəm! Sizi çox sevirəm!!!”

BAKU.WS
VİDEO