SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti, biznesmen Emin Ağalarov 2 milyonluq “İnstagram” hesabında Azərbaycanla bağlı həqiqətləri izləyicilərinə çatdırmaqda davam edir.

BAKU.WS xəbər verir ki, ifaçı 1990-cı illərə aid olan Qarabağda çəkilmiş arxiv videonu paylaşaraq belə şərh verib:

“Hörmətli izləyicilər! İndi mediada və sosial şəbəkələrdə Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çox müxtəlif məlumatlar və fərziyyələr var.

Bu videoda bu münaqişənin həqiqətlərini və tarixini, habelə bugünkü vəziyyət barədə məlumatları sizinlə bölüşmək istəyirəm”.

BAKU.WS
VİDEO