SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələri yeni taktiki gediş edərək İran sərhədi boyu irəliləyir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan danışıb.

O etiraf edib ki, Azərbaycan Milli Ordusu Dağlıq Qarabağın cənubu boyu irəliləməkdə davam edir.

Bu gün Müdafiə Nazirliyi də yaydığı bəyanatda qeyd etmişdi ki, Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

BAKU.WS